аргишти кивирян

“Qalib gəlmək üçün “Vətən naminə” hərəkatı informasiya meydanına nəzarəti ələ keçirməli, güc blokunu məhv etməyi bacarmalıdır. Bunu bacarsalar, hakimiyyəti ələ keçirəcəklər”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Arqişti Kiviryan deyib.

Onun sözlərinə görə, bu halda küçələrə çıxan etirazçıların sayının heç bir əhəmiyyəti olmayacaq.

“Hazırda xeyli sayda etirazçı küçələrə çıxır. O zaman niyə hakimiyyət dəyişikliyini həyata keçirmək mümkün deyil? Bu, o deməkdir ki, 2018-ci ildə kölgə mexanizmləri işləyirdi. Sonra kimsə məlumat blokunu söndürməyi bacardı. Beləcə Ermənistanın keçmiş hakimiyyət orqanları Nikol Paşinyana qarşı hərəkət etmədilər. O ki, qaldı polisə, onların güc yoluna əl atması ilk deyil. Polis həmişə mövcud hakimiyyətin iradəsini yerinə yetirib”.

Politoloq bildirib ki,  proseslər heç bir tərəf üçün yekunlaşmayıb.

“Etirazçılar narazılıq dalğasını artıra və Paşinyan təslim ola bilər. Yəni bütün bunların baş verməsi mümkündür. Ona görə də proseslər davam edir”, – Kiviryan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: