Paşinyanın “agent” damğasına kilsə belə cavab verdi

“Siyasi rəhbərliyin təzyiqi və yersiz davranış ritorikası qəbuledilməzdir”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Eçmiədzin kilsəsinin bəyanatında deyilir.

Kilsə Paşinyanın “agent” ittihamlarına belə cavab verib:

“Kilsə öz vergi öhdəliklərini sədaqətlə yerinə yetirir. Amma bizə qarşı vergidən yayınma ittihamları var. Paşinyanın əsassız və bilərəkdən erməni kilsəsini “təsir agenti” olmaqda ittiham etməsi xüsusilə qınaq doğurur. Hakimiyyət öz siyasətində dəyişiklik etməli, kilsənin tarixi missiyasını və onun erməni xalqının həyatındakı əhəmiyyətini xatırlamalıdır”, – bəyanatda vurğulanıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az