Kərkidə evlərin alınmasına başlanılıb – Danielyan

Kərkidə evlərin alınmasına başlanılıb - Danielyan

“Əldə etdiyimiz məlumata görə, Tavuş, Tiqranaşen (Kərki – red.), Verin Voskepar (Yuxarı Əskipara – red.) və Azatamutun təhvil verilməsi ilə bağlı danışıqlar intensivləşib”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan Milli Assambleyasının “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan deyib.

O iddia edib ki, artıq Kərkidə bəzi evlər sakinlərdən alınır.

“Hakimiyyət Tavuşda pilot proqram həyata keçirir. Proqram çərçivəsində Tiqranaşendə (Kərki – red.) bəzi evlərin alınması prosesinə start verilib”, –  Danielyan qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az