Nikol qərarlıdır, kəndlər qaytarılacaq, lakin…

Hazırda Ermənistanda ən çox müzakirə olunan məsələ anklavlardır. Erməni mediasında Naxçıvan Muxtar Respublikasının Kərki kəndi və Qazaxın kəndləri ilə bağlı yeni iddialar səsləndirilir.

Globalinfo.az xəbər verir ki, Serj Sərkisyanın kürəkəni Mikael Minasyan da bu barədə yazıb.

İddia edilir ki, zaman-zaman sözügedən kəndlərin Azərbaycana təslim edilməsi məsələsi hakimiyyət tərəfindən gündəmə gətirilsə də, generallar buna mane olublar. Kərkinin (ermənilən Tiqranaşen adlandırırlar – red.) qubernatoru kəndin qaytarılmayacağını deyib və iddiaları müxalifətin oyunu adlandırıb. Lakin o, bir müddət sonra vəzifəsindən azad edilib və bu da kəndin geri qaytarılmasının başlanğıcı kimi dəyərləndirilib.

Erməni mediası yazır ki, Nikol Paşinyan Kərki və Qazaxın kəndlərinin Azərbaycana qaytarılması məsələsində qərarlıdır, lakin önündə bir sıra maneələr var.

Ayşən Mustafa
Globalinfo.az