Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib.
Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası Belarusun Minsk şəhərində keçirilir.














