Kərim Vəliyev belaruslu həmkarı ilə görüşdü – FOTOLAR

Kərim Vəliyev belaruslu həmkarı ilə görüşdü - FOTOLAR

Belarus Respublikasında işgüzar səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 22-də bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyindən Globalinfo.az-a verilən məlumata görə, təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə hərbi əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Tərəflər qarşılıqlı maraq doğuran mövzular barəsində də ətraflı fikir mübadiləsi aparıblar.

Azərbaycanın Baş Qərargah rəisi belaruslu həmkarı ilə görüşüb Azərbaycanın Baş Qərargah rəisi belaruslu həmkarı ilə görüşüb

***12:28

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveykonun dəvəti ilə bu ölkəyə işgüzar səfəri başlayıb.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində generalpolkovnik K.Vəliyevin belaruslu həmkarı ilə görüşü nəzərdə tutulub.