Azərbaycanın Baş prokuroru Kamran Əliyev Keniya Dövlət Prokurorluğunun direktoru Renson Mulele İnqonqanın dəvəti ilə Keniyaya rəsmi səfər edib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, səfər çərçivəsində Keniya Prezidenti Uilyam Ruto Baş prokuroru qəbul edib.
Görüş çərçivəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi müzakirə olunub.















