Kəngərlidə qəza: yaralılar var – VİDEO

Kəngərli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə rayonun Qıvraq qəsəbəsində qeydə alınıb. Şərur rayon Yaycı kənd sakini, 1975-ci il təvəllüdlü Qabil Sabir oğlu Zeynalovun idarə etdiyi 68-BC-036 dövlət nömrə nişanlı avtomobil 74-BB-220 dövlət nömrə nişanlı KİA markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində Qaraxanbəyli kənd sakinləri – 1972-ci il təvəllüdlü Sara Məhərrəm qızı Babayeva və 1992-ci il təvəllüdlü Rəxşəndə Elman qızı Babayeva xəsarət alıblar. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.