Lacin rayonunun Sus k%C9%99ndi

“Bu gün kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində regionlarda silsilə görüşlərə start verilir. Bu görüşlərin əsas məqsədi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin bölgələrdə icra vəziyyətini qiymətləndirmək, fermerlərin və aqrar təsərrüfat subyektlərinin qarşılaşdığı problemləri öyrənmək, eləcə də qarşıdakı mərhələdə həyata keçiriləcək layihələri müzakirə etməkdir”.

Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva deyib.

Politoloq bildirib ki, regional görüşlər aqrar sahədə dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, subsidiya siyasətinin səmərəliliyinin artırılması, su təminatı, meliorasiya, kənd təsərrüfatında rəqəmsallaşma və ixrac potensialının genişləndirilməsi kimi məsələləri əhatə edir:

“Ümumilikdə, Dövlət Proqramının fəlsəfəsi kənd təsərrüfatını iqtisadiyyatın aparıcı qeyri-neft sahələrindən birinə çevirmək, ərzaq təhlükəsizliyini gücləndirmək və kənd yerlərində məşğulluğu artırmaqdır. Bu istiqamətdə Prezident İlham Əliyevin müxtəlif müşavirələrdə səsləndirdiyi əsas tezislər sırasında müasir texnologiyaların tətbiqi, su ehtiyatlarından səmərəli istifadə, torpaqların məhsuldarlığının artırılması, aqrar sığortanın genişləndirilməsi və fermerlərin maliyyə resurslarına çıxış imkanlarının yaxşılaşdırılması xüsusi yer tutur.

zuriye qarayeva 900x600 2
Züriyə Qarayeva

Regional görüşlər də məhz bu prioritetlərin yerli səviyyədə icrasını sürətləndirməyə və Dövlət Proqramının qarşıya qoyduğu hədəflərə nail olmağa xidmət edir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: