472106 602292220

Erməniəsilli televiziya aparıcısı, bloqçu və iş qadını Kim Kardaşyan “Complex” jurnalı üçün fotosessiyada iştirak edib.

Globalinfo.az xəbər verir ki, müvafiq fotolar onun instaqram səhifəsində paylaşılıb.

45 yaşlı Kardaşyan kamera qarşısına qara leqinqlərdə çıxıb, sinəsini isə dəsmal vasitəsilə örtüb. Fotosessiya çərçivəsində o, həmçinin özünə məxsus “Skims” brendinin “Nike” ilə birgə əməkdaşlığı çərçivəsində təqdim edilən çəhrayı idman kostyumu və büsthalterdə çəkilib.

Şəkillər qısa zamanda dünya mediasında yayılıb.

Qeyd edək ki, fevralın əvvəlində Kim Kardaşyan “Ferrari” komandasının üzvü, Formula 1 pilotu Luis Hamiltonla görüşdə şəffaf don geyinib. Həmin görüntülərdən sonra onların münasibətdə ola biləcəyi ilə bağlı iddialar səsləndirilib.

WhatsApp Image 2026 02 06 at 23.09.39 1 WhatsApp Image 2026 02 06 at 23.09.36

Tahir Turan
Globalinfo.az

Paylaş: