Kəmaləddin Heydərov işdən çıxan mayora yeni vəzifə verdi

Kəmaləddin Heydərov işdən çıxan mayora yeni vəzifə verdi

Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 26 nömrəli yanğından mühafizə hissəsinə yeni rəis müavini təyin edilib.

Globalinfo.az “Unikal”a istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, generalpolkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, daxili xidmət mayoru Hüseyn Qasımov rəis müavini təyin olunub.

Qeyd edək ki, Hüseyn Qasımov 2 il əvvəl Fövqəladə Hallar Nazirliyinin Daşkəsən Rayon Dövlət Yanğından Mühafizə hissəsinin rəisi olub. O, öz ərizəsi ilə işdən ayrılmışdı.