Kəmaləddin Heydərov bu xanımı rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinə yeni rəis təyin edilib.

Globalinfo.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə tibb xidməti polkovnik-leytenant Vəfa Dadaşova təyin olunub.

Qeyd edək ki, ötən ilin sentyabrında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin rəisi polkovnik Xanım Sofiyeva, ötən ilin dekbrında isə Tibb Xidmətinin rəisi polkovnik Pərviz Vəliyev vəzifəsindən azad edilib.

Vəfa Dadaşova hər iki şəxsin vəzifəsini icra edirdi.