“Qaraçı kimi tanıdığımız roman qrupunun üzvləri böyük bir kriminal dəstədir. Əksəriyyəti uşaq dilənçiliyi ilə məşğuldur”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.
O bildirib ki, həmin şəxslərin güclü informasiya mənbələri var:
“Bir az öncə müayinədən keçirmək məqsədi ilə uşaqları xəstəxanaya aparıb əməkdaşlar… Uşaqların qohum-əqrəbası xəstəxanada qalmaqal yaradıb. Əməkdaşlarımız dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə məlumat veriblər. Hazırda qalmaqal yaradanlar polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb. Uşaqlar çox qorxub. Uşaqların və əməkdaşlarımızın təhlükəsizliyini təmin etmək üçün PPX və ÇPA əməkdaşları onların yanındadır”.
Qeyd edək ki, bir gün öncə Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin əməkdaşları “20 yanvar” metrostansiyasının keçidində dilənçiliyə məcbur edilən 12 və 9 yaşında olan əmiqızı və əmioğlunu sığınacağa yerləşdiriblər. Bundan sonra uşaqlardan birinin atası sığınacağa hücum edib.
Zaira Akifqızı
Globalinfo.az














