“Roman qrupu olan, bəzi hallarda özlərini kürd kimi təqdim edən qaraçı ailələri tam nəzarətə götürülməlidir”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.
O bildirib ki, belə ailələrin bəzilərində təcili monitorinq aparılmalıdır:
“Narkotik istifadəsi, satışı və kuryerlik, uşaqları dilənçiliyə məcburetmə, uşaqlara xəsarət yetirib əngəlli etmə, uşaqların oğurlanması, kirayəyə götürülməsi, azyaşlıların ərə verilməsi, qanunsuz sərhədi keçmə kimi cinayət hallarında adları çəkilirsə, demək ki, cəmiyyətə, ölkəyə böyük təhlükə var!”
K.Ağazadə paylaşıma Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyini, Baş Prokurorluğu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, Sosial Xidmətlər Agentliyini, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini, Dövlət Təhlükəsizliyi Xidmətini və Dövlət Miqrasiya Xidmətini taq edib.
Zaira Akifqızı
Globalinfo.az














