Kemale a

Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadənin vəziyyəti stabil qiymətləndirilir”.

Globalinfo.az bildirir ki, bu sözləri Oxu.Az-a açıqlamasında birliyin mətbuat katibi Rüfət Behcizadə deyib.

O bildirib ki, Kəmalə Ağazadə bu gün səhər saatlarında Sabunçu Tibb Mərkəzinə yerləşdirilib:

“Həkimlərin müayinələrinə əsasən, ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub. Artıq müalicəsinə başlanılıb. Hazırda xəstəxanada müalicəsi davam etdirilir. 10 gün müddətinə xəstəxana şəraitində müalicə alması nəzərdə tutulub. Vəziyyəti stabil qiymətləndirilir”.

***11:59

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Bu barədə Globalinfo.az-a “Azərbaycan Uşaqları” İctimai Birliyinin mətbuat katibi Rüfət Zəkizadə məlumat verib.

“Aparılmış müayinələrin nəticələrinə əsasən ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub. Hazırda xəstəxana şəraitində müalicəsinə başlanılıb”, – deyə o bildirib.

Zaira Akifqızı
Globalinfo.az 

Paylaş: