“Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının tərkibinin genişləndirilməsi məsələsi uzun müddətdir müzakirə olunur”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.
“Müşahidəçilərin artırılması, səlahiyyət imkanlarının gücləndirilməsi ilə bağlı qərar var. Bu, onların fəaliyyəti haqda daha fəal iş aparmağa, Brüssel və Aİ-yə üzv dövlətlərə müvafiq hesabatlar təqdim etməyə imkan verəcək. Nəticədə sərhədlərimizin sabitliyi daha da gücləndiriləcək. Missiyanın tərkibinin nə qədər artacağı hələ ki məlum deyil. Müvafiq sayın müəyyənləşdirilməsi üçün lazımi işlər görüləcək”, – P.Ovannisyan bildirib.
Ayşən Mustafa
Globalinfo.az