Kelloq Ukraynada sülh üçün ən vacib şərti açıqladı

Kelloq Ukraynada sülh üçün ən vacib şərti açıqladı

“Ukraynada sülhə nail olmaq üçün atəşkəs vacibdir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri ABŞ Prezidentinin Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi, Kit Kelloq lord Maykl Eşkroftla müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, əgər Rusiya Prezidenti Vladimir Putin bu addımı atsa, sonradan hərbi əməliyyatları bərpa etməsi çətin olacaq.

Kelloq bildirib ki, onun fikrincə, ən yaxşı variant atəşkəsdir, lakin Prezident Donald Tramp bununla razı deyil, o, sülh əldə etmək istəyir.

“Putin isə hələlik bunu istəmir. O düşünür ki, hərbi yolla qələbə qazana bilər, mən isə belə hesab etmirəm”, – deyə Kelloq vurğulayıb.