Kəlbəcərdə partlayışda xəsarət alanların son durumu…

Kəlbəcərdə partlayışda xəsarət alanların son durumu...

Ötən gün saat 22:20 radələrində 4 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

“Üz və yuxarı ətrafların ikinci, üçüncü dərəcəli yanığı diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi müvafiq şöbədə davam etdirilir”, – məlumatda vurğulanıb.