“Vaqner”çilər hərəkətə keçdi – VİDEO

Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin keçmiş əməkdaşları “Kamerton” adlı yeni bölmə yaradıblar.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bölmə “Axmat” xüsusi təyinatlılarının tərkib hissəsidir və fəal şəkildə cəbhədə döyüş tapşırıqlarını yerinə yetirməyə hazırlaşır.

“Kimin tərkibində – “Vaqner”, Müdafiə Nazirliyi və ya Rusiya Qvardiyasının tərkibində olmağımızdan asılı olmayaraq bu bizim işimizdir. Bizim vətənimizlə müqaviləmiz var və həmişə olduğu kimi, onu yerinə yetirəcəyik. Biz öz identikliyimizi, həyat tərzimizi, strukturumuzu və döyüş əməliyyatlarının aparılması üsullarımızı qoruyub saxlamışıq”, – deyə bölmə komandiri RT-nin hərbi müxbiri Aleksandr Simonova bildirib.

Hazırda “Kamerton” döyüşçüləri poliqonlarda döyüş koordinasiyasını davam etdirir və yeni gələnlərə təlimlər keçirlər. Artilleriya, minaatan, piyada döyüş maşınları və FPV dronlarından istifadə etməklə hücum əməliyyatları öyrənilir.