Danışıqların gizlinləri: İrəvan Zəngəzuru Bakıya verirdi, ardınca isə… – Tarixi şans necə qaçdı?

Danışıqların gizlinləri: İrəvan Zəngəzuru Bakıya verirdi, ardınca isə... - Tarixi şans necə qaçdı?

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına son müsahibəsində Qarabağ məsələsinin həlli ilə bağlı 30 illik danışıqlar müddətində sadəcə bir dəfə real variantın təklif olunduğunu bildirib.

O deyib ki, 1999-cu ildə irəli sürülən bu variantda Mehri rayonunun Azərbaycana, Qarabağın isə Ermənistana verilməsi – birləşdirilməsi təklif olunub, lakin rəsmi Bakı bunu qəbul etməyib.

Bəs Paşinyanın “ideal” adlandırdığı bu variant o illərdə münaqişənin həll üçün nə dərəcədə reallığa uyğun və məntiqli hesab edilə bilərdi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev həmin illərdə müxtəlif variantların təklif olunduğunu bildirib:

“Həmçinin daha əvvəl 3 təklif irəli sürülmüşdü. Biri “paket həll”, ikincisi “mərhələli həll” adlandırılırdı. Azərbaycan “paket təklifi”, Ermənistan da “mərhələli təklifi” qəbul etmədi. Daha sonra “ümumi dövlət” təklifi vardı ki, bunu da Rusiyanın Xarici İşlər Nazirliyi önə sürmüşdü, lakin bu da bizim tərəfimizdən qəbul edilmədi.

Danışıqların gizlinləri: İrəvan Zəngəzuru Bakıya verirdi, ardınca isə... - Tarixi şans necə qaçdı?

Fərid Şəfiyev

Nəhayət, dördüncü təkliflə çıxış edildi ki, danışıqlar məhz bunun ətrafında aparıldı. Bu təklifdə ərazi mübadiləsi ideyası nəzərdə tutulurdu. Sözügedən ideyanı səhv etmirəmsə, 1994-cü ildə amerikalı diplomat Poll Qobl irəli sürmüşdü. Söhbət Qarabağın ermənilərə, Zəngəzurun isə Azərbaycana verilməsindən gedirdi. Daha sonra təklif Azərbaycana dəhliz verilməsi meyarı ilə dəyişdirildi. Rəsmi Bakı isə bu variantı qəbul etmədi”.

Ayşən Mustafa
Globalinfo.az