Cənubi Afrikanın keçmiş prezidentinin qızı sosial şəbəkələrdəki paylaşımlara görə terror ittihamı ilə həbs edilib.
Globalinfo.az xəbər verir ki, Cənubi Afrikanın keçmiş prezidenti Ceykob Zumanın qızı sosial media yazıları vasitəsilə zorakılığı təşviq etməkdə ittiham olunur. Eyni zamanda terrorçuluq ittihamı ilə mühakimə ediləcək.
Parlamentin üzvü olan Duduzile Zuma-Sambudla girov müqabilində azadlığa buraxılsa da, onun işi daha yüksək məhkəməyə göndəriləcək.
Onun vəkili 2021-ci ilin iyul iğtişaşları ilə bağlı sosial mediada paylaşımlar edildiyini təsdiqləyib, lakin zorakılıq ittihamlarını rədd edib.
Müşviq Tofiqoğlu
Globalinfo.az














