Ermənistan Respublika Partiyasının İcraiyyə orqanının nümayəndəsi, parlamentin keçmiş vitse-spiker Eduard Şarmazanov Nikol Paşinyanı Adolf Hitlerlə müqayisə edib.
Globalinfo.az xəbər verir ki, o, erməni xalqının Paşinyanı seçməkdə səhv addım atmağını almanların Hitleri dəstəkləməsinə bənzədib.
“Heç vaxt deməyin ki, xalq səhv etmir. Bu gün – 1933-cü il noyabrın 12-də Almaniyada növbədənkənar parlament seçkiləri keçirildi və nəticədə Adolf Hitlerin rəhbərliyi altında Milli-Sosialist Vahid Siyahısının nümayəndələri səslərin 92 faizini topladılar. Populist nasional-sosialistlər möcüzələr vəd etdilər, lakin onlar həm Almaniyanı, həm də bütün Avropanı xarabalığa çevirdilər. 2018 və 2021-c illərdə isə Ermənistanda seçicilərin əksəriyyəti Nikola səs verdi. Təəssüf ki, tarixdə xalqların populistlərin yalan və hiylələrinin qurbanına çevrilməsi halları az deyil”, – Şarmazanov bildirib.
Əliyar Xəlil
Globalinfo.az














