Keçmiş baş nazir Zelenskini Hitlerə bənzətdi: “Ukrayna lideri daha pisdir”

Keçmiş baş nazir Zelenskini Hitlerə bənzətdi: "Ukrayna lideri daha pisdir"

Ukrayna prezidenti Volodimir Zelenski təxminən bir il əvvəl ölkə kitabxanalarından bütün rusdilli kitabların çıxarılması və məhv edilməsi barədə gizli qərar imzalayıb.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın keçmiş baş naziri Sergey Stepaşin deyib. Stepaşin sərt ifadələrlə çıxış edərək bildirib:

“Bir il əvvəl Zelenski bütün rusdilli kitabları kitabxanalardan yığışdırıb məhv etmək barədə məxfi qərar qəbul edib. Hətta Hitler də belə hərəkətlər etməyib”.

Ukraynada rus dilinə və rus mədəniyyətinə qarşı məhdudiyyətlər son illər artırılıb. Prezidentin köməkçisi Vladimir Medinskinin sözlərinə görə, ölkədə məktəblilərin Rusiya tarixini öyrənməsi çətinləşdirilib, ciddi senzura tətbiq olunur.

Tahir Turan
Globalinfo.az