Kazaryandan Laçın yolunun bağlanması haqda QƏRİBƏ İDDİA

Kazaryandan Laçın yolunun bağlanması haqda QƏRİBƏ İDDİA

Laçın yolunun bağlanması Azərbaycanla Ermənistan arasında razılaşmanın nəticəsidir.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş rəhbəri Edqar Kazaryan deyib.

“Bakı və İrəvanın birgə fəaliyyəti Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına istiqamətlənib. Rusiya sülhməramlılarının bölgədəki mövcudluğuna ilk növbədə Azərbaycan qarşı çıxır, amma Bakının dilindən onlara bir tənqid belə səslənməyib. Bu funksiya Ermənistan hakimiyyətinə həvalə olunub. Bakı çalışır ki, sülhməramlıları Nikolun əli ilə çıxartsın”, – o bildirib.

Gülnar Səlimova
Globalinfo.az