Bu gün (oktyabrın 20-də) Kazan hava limanı müvəqqəti olaraq bağlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.
Aeroportun fəaliyyətinin dayandırılması səbəbindən 20-yə yaxın reys təxirə salınıb.
Məhdudiyyətlər mülki təyyarələrin uçuş təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib.
Qeyd edək ki, 22-24 oktyabr tarixlərində Kazanda BRİKS-in sammiti keçiriləcək.














