Avropa Komissiyasının vitse-prezidenti və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas 29-30 iyun tarixlərində Ermənistana rəsmi səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində iyunun 30-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Kaya Kallas arasında görüş keçiriləcək. Görüşdən sonra tərəflər birgə mətbuat konfransı ilə çıxış edəcəklər.
Aysel Əliyeva
Globalinfo.az














