Əliyev onu əfv etdi – Kallasdan reaksiya

Əliyev onu əfv etdi - Kallasdan reaksiya

Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Prezident İlham Əliyevin Fransa vətəndaşını əfv etməsini alqışlayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Kallas “X” hesabında paylaşım edib.

“Evə xoş gəldin, Teo Klerk. Onun Azərbaycandan azad edilməsi sakit diplomatiyanın və hörmətlə yanaşmanın nəyə nail ola biləcəyini göstərir”, – deyə paylaşımda qeyd olunur.

Xatırladaq ki, Fransa vətəndaşı olan Teo Klerk metro qatarlarının dayandığı depoya gizlincə daxil olub bir neçə vaqonu boyamışdı. O, ötən il əmlaka qəsdən ziyan vurma ittihamı ilə həbs edilmişdi. Ötən gün isə Prezident İlham Əliyevin Əfv Sərəncamına əsasən, azadlığa buraxılıb.

Aysel Əliyeva
Globalinfo.az