Kasparov Rusiyada terrorçu elan edildi

Məşhur şahmatçı Harri Kasparov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib.

Globalinfo.az xəbər verir ki, bu haqda “Rosfinmonitorinq”in rəsmi saytında məlumat verilib.

Qeyd edək ki, daha öncə Rusiyada xarici agent kimi tanınan Kasparovu məhkəmə xarici agentlər haqqında qanunu pozduğuna görə dörd ay ərzində üçüncü dəfə cərimə edib.

60 yaşlı Kasparov karyerasını 2005-ci ildə başa vurub və 2013-cü ildə Rusiyanı tərk edib.

Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Kasparovu 2022-ci ilin mayında fiziki şəxslərin-xarici agentlərin reyestrinə daxil edib.