
Ermənistanda seçki öncəsi rüşvətin verilməsi və alınmasında şübhəli bilinən 14 nəfər saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Qurum qeyd edib ki, zərurət yaranarsa, əlavə detallar da ictimaiyyətə təqdim olunacaq.
Bundan əvvəl rusiyalı iş adamı Samvel Karapetyan rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasının sözçüsü Marianna Kaxramanyan partiyanın 15 tərəfdarının saxlanıldığını və onlardan birinə rəsmi ittiham irəli sürüldüyünü bildirmişdi.
Xatırladaq ki, daha əvvəl “Güclü Ermənistan” partiyasının üzvləri Qoar Qumaşyan və Verjine Stepanyan saxlanılıb. Onlar sonradan inzibati nəzarət altında sərbəst buraxılıb.
Safura Bənnayeva
Globalinfo.az