Karapetyan: Bu, erməni xalqı üçün dağıdıcı olacaq

“Əgər bu hakimiyyət ölkəni azacıq da olsa sevirsə, istefa verməli və getməlidir. Əks halda yenidən güzəştə getməli olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu “Ümumerməni cəbhəsi” hərəkatının lideri Arşak Karapetyan deyib.

O bildirib ki, Nikol Paşinyanın hakimiyyəti davam edərsə, bu, erməni xalqı üçün dağıdıcı olacaq. 

“Bu ölkəyə sevgiləri varsa, getməlidirlər. Əks halda Paşinyanın vəzifədə qalması üçün hər gün təslim olacağıq. Artıq onunla danışıqlar aparmırlar. Aydındır ki, Azərbaycan dinc yolla bəzi məsələləri həll etməyə çalışacaq. Mümkün olmadıqda isə istədiyini müharibə yolu ilə alacaq”, – Karapetyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az