Kanadanın yeni baş nazirindən ABŞ-a “ərazi” cavabı

Kanadanın yeni baş nazirindən ABŞ-a "ərazi" cavabı

Kanada heç zaman ABŞ-ın növbəti ştatı olmayacaq.

Globalinfo.az xəbər verir ki, bunu Kanadanın yeni Baş naziri Mark Karni deyib.

O qeyd edib ki, ABŞ Kanada deyil və ölkəsi heç bir halda ABŞ-ın tərkibinə daxil olmayacaq.

“Mən çox aydın şəkildə ifadə etdim: biz heç vaxt heç bir halda Birləşmiş Ştatların tərkibinə daxil olmayacağıq”, – o bildirib.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp dəfələrlə Kanadanın ABŞ-ın 51-ci ştatı olması ilə bağlı istəyini dilə gətirib.

Aysel Əliyeva
Globalinfo.az