Kanadanın növbəti baş naziri o olacaq

Kanadanın növbəti baş naziri o olacaq

Mark Karni Kanadanın hakim Liberal Partiyasının yeni lideri seçilib.

Globalinfo.az xəbər verir ki, o, bu ilin yanvarında istefa vermək niyyətini açıqlayan baş nazir Castin Trüdonu əvəz edəcək.

Səsvermənin nəticələrinə görə, Karni 85,9 faiz səs toplayıb.

Onun 59 yaşı var. Harvard və Oksford universitetlərinin məzunudur, iqtisadiyyat üzrə doktorluq dərəcəsinə sahibdir.

Qeyd edək ki, M.Karni yalnız hazırkı baş nazir Castin Trüdo istefa ərizəsi təqdim etdikdən sonra posta keçəcək. Bunun yaxın günlərdə baş verəcəyi gözlənilir.

Əliyar Xəlil
Globalinfo.az