Kanada hakimiyyəti Ukraynanın təhlükəsizliyini təmin etmək üçün bütün variantları nəzərdən keçirir.
Globalinfo.az xəbər verir ki, bu sözləri Kanada Baş naziri Castin Trüdo Londonda Avropa liderlərinin Ukraynaya həsr olunmuş görüşünün yekunlarına dair brifinqdə deyib.
O bildirib ki, xüsusilə ölkəyə hərbçilərin göndərilməsi nəzərdən keçirilir:
“Bütün variantlar masadadır”.
C.Trüdo vurğulayıb ki, Rusiya hücumu dayandırsa, müharibə sabah bitə bilər.
“Ağ Evdə qalmaqallı mübahisə zamanı Ukrayna Prezidenti Vladimir Zelenski iki ABŞ liderinə Ukraynadakı müharibə ilə bağlı vəziyyəti izah etməyə çalışmaqla düzgün addım atıb.
Hər fürsətdə faktları mümkün qədər aydın şəkildə təqdim etmək vacibdir”, – o qeyd edib.














