Kanada Putinin ailəsini hədəfə aldı: siyahıda onun da adı var

Kanada Putinin ailəsini hədəfə aldı: siyahıda onun da adı var

Kanada hökuməti Rusiya Prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lüdmila Aleksandrovna Oçeretnayanı sanksiya siyahısına daxil edib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatlar Kanada hökumətinin rəsmi saytında dərc olunmuş sənədlərdə yer alıb.

Qeyd edək ki, Lüdmila Aleksandrovna əvvəllər Putina soyadını, ondan əvvəl isə qızlıq soyadı olan Şkrebnevanı daşıyıb. Lüdmila Putin ilə 1983-2013-cü illər arasında evli olub.

Sanksiya siyahısına həmçinin onun hazırkı həyat yoldaşı Artur Oçeretnı da salınıb.

Bundan əlavə, sanksiya tətbiq edilənlər arasında Rusiya Prezidentinin uzaq qohumları – Mixail Putin və Mixail Şelomov da yer alır.

Aysel Əliyeva
Globalinfo.az