Kanadanın Baş naziri Castin Trüdo ölkəsinin heç vaxt ABŞ-ın 51-ci ştatı olmayacağını deyib.
Globalinfo.az “Report”a istinadən bildirir ki, bu barədə Kanada hökumətinin başçısı “X” sosial şəbəkəsində yazıb.
“Kanadanın ABŞ-ın bir hissəsi olmaq şansı zərrə qədər də yoxdur”, – paylaşımda qeyd edilir.
Onun sözlərinə görə, hər iki xalq öz ölkələrinin ticarət və təhlükəsizlik sahəsində bir-birinin ən böyük tərəfdaşı olmasından faydalanır.
Bundan əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib ki, bir çox kanadalılar ölkələrinin Birləşmiş Ştatların 51-ci ştatı olmasını dəstəkləyirlər. O, hesab edir ki, belə birləşmə Kanadaya təkcə iqtisadi sabitlik gətirməyəcək, həm də onu Rusiya və Çin gəmilərindən gələn xarici təhlükələrdən qoruyacaq.














