Kanada Belarus Prezidenti Aleksandr Lukaşenkonun həyat yoldaşı Qalina Lukaşenkoya qarşı sanksiya tətbiq edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Belarus XİN məlumat yayıb.
Ümumilikdə sanksiya siyahısına 9 fiziki və 12 hüquqi şəxs daxildir. Kanada XİN sanksiyaları Belarusda ötən gün keçirilən “qeyri-ədalətli seçkilər”lə əlaqələndirib. Sözügedən şəxslər korrupsiya və insan haqlarının pozulması ilə ittiham olunur.
Xatırladaq ki, daha öncə Böyük Britaniya da Belarusa eyni iddia ilə sanksiya tətbiq edib.
Əliyar Xəlil














