Kamçatka yaxınlığında 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.
Globalinfo.az xəbər verir ki, məlumatı Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı yayıb.
Bildirilib ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatskidan 150 kilometr şərqdə yerləşib. Ocağın dərinliyi isə 25 kilometrdən çox olub. Təkanlar yerli sakinlər tərəfindən hiss edilib. Hadisədən sonra sunami təhlükəsi elan edilməyib.
Aysel Əliyeva
Globalinfo.az














