Türkiyəli məşhur aktrisa Sevil Üstekin vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
“Yeşilçam” ulduzlarından olan mərhum aktrisa “Şaban oğlu Şaban”, “Kapıcılar Kralı” və bir çox məşhur film və seriallarda çəkilib.
O, həmçinin bir çox teatrlarla əməkdaşlıq edib.
Qeyd edək ki, bəzi filmlərdə məşhur aktyor Kamal Sunalla tərəf müqabili olan S.Üstekinin 79 yaşı var idi.














