Kanada Rusiyadan olan daha 23 nəfərə, o cümlədən Aymani Kadırova qarşı sanksiya tətbiq edib.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, yeni sanksiyalar çərçivəsində daha 23 fiziki və 5 hüquqi şəxs qara siyahıya salınıb. Bununla da Kanadanın Rusiyaya qarşı sanksiya tətbiq etdiyi şəxslər və qurumların ümumi sayı 80-ə yüksəlib.
Sanksiya siyahısına həmçinin “VOIN” hərbi təşkilatı, “Yunarmiya Sevastopol” hərəkatı və Volqoqraddakı “Uçastiye” könüllü mərkəzi də daxil edilib.
Qeyd edək ki, Aymani Kadırova Çeçenistan lideri Ramzan Kadırovun anasıdır.
Əliyar Xəlil