kadirov adam

Çeçenistanda Rusiya ilə bağlı son addım səs-küy yaradıb.

Globalinfo.az xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.

Belə ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adama “Axmat-Qroznı OMON”un 25 illiyi şərəfinə xatirə medalı təqdim edilib. Ondan başqa, OMON komandirinin müavini Ramzan Dadayev də orden alıb.

Burada Rusiyanın dövlət rəmzləri ilə bağlı bir detal diqqət çəkib. Belə ki, Ramzan Kadırovun teleqram kanalında yerləşdirdiyi videoda xaçlar götürülüb.

“Bunu Adam Kadırova medal təqdim edərkən çəkilən kadrlardan da görmək olar”, – deyə mətbuatda vurğulanıb.

Qeyd edək ki, son iki ildə Çeçenistan rəhbərinin oğlu üç vəzifə alıb.

Günay Rəsulqızı
Globalinfo.az

esas

Paylaş: