Çeçenistan rəhbəri Ramzan Kadırov “Vaqner”in yaradıcısı Yevgeni Priqojini Rusiya ordusunun döyüşçülərini dəstəklədiyinə görə tərifləyib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.
Kadırov Priqojinin Rusiya ordusunun döyüşçülərini Zaporojye istiqamətində uğurları münasibətilə təbrik etdiyi bəyanatını məmnunluqla oxuduğunu qeyd edib.
O vurğulayıb ki, Zaporojye istiqamətində 6 mindən çox çeçen döyüşçü var:
“Biz hamımız öz ambisiyalarımızı tərk etməli, Ali Baş Komandanımız Vladimir Putinin ətrafında birləşməli, ümumi məqsədlər üçün çalışmalıyıq və əsgərlərimizi hər cür dəstəkləməliyik”.














