Çeçenistan Prezidenti Ramzan Kadırov Rusiya və Özbəkistan liderlərinin Daşkənddəki görüşdə ona dediklərini təxmin edən şəxsə bir milyon rubl vəd edib.
Globalinfo.az xəbər verir ki, o bu barədə öz Teleqram kanalındakı paylaşımında bildirib.
“Dostlar, bu videoda Rusiya Prezidenti Vladimir Putin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mənə dediklərini ilk təxmin edən şəxs bir milyon rubl hədiyyə alacaq”, – qeyd edib.
Ayşən Mustafa
Globalinfo.az














