Rusiyanın düşmənlərinin izi ilə getmək, vəziyyəti içəridən sarsıtmaq, mitinqlər keçirmək və hava limanlarını dağıtmaq olmaz.
Globalinfo.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında bildirib.
Onun sözlərinə görə, Moskvanın düşmənləri məhz bunu gözləyirlər, ona görə də bu cür hərəkətlər Rusiya hakimiyyəti tərəfindən qətiyyətlə yatırılacaq.
Fələstin xalqının faciəsi ilə bağlı son hadisələri nəzərə alaraq vurğuladım ki, İsrail rejimi dinc əhaliyə qarşı əsl kütləvi terror həyata keçirərək dünyaya özünün əsl üzünü göstərdi. Ancaq siz Rusiyanın düşmənlərinin ardınca gedə və vəziyyəti daxildən sarsıda bilməzsiniz: yəhudi millətindən olan insanları axtarmaq üçün mitinqlər keçirə, hava limanlarını dağıda və zorakılığa çağıra bilməzsiniz. Bu cür hərəkətlər heç bir halda qəbuledilməzdir və çox sərt şəkildə qarşısı alınacaq ”, – deyə siyasətçi vurğulayıb .
Bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin Yaxın Şərqdəki vəziyyətlə bağlı görüşdə deyib ki, Dağıstanda baş verən hadisələr Qərb kəşfiyyat xidmətlərinin göstərişi ilə Ukrayna sosial şəbəkələri vasitəsilə törədilib.
Qeyd edək ki, ötən gün Mahaçqala hava limanına yerli sakinlərdən ibarət böyük izdiham hücum edərək, yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb edib. Qarşıdurmalarda polislər xəsarət alıb, həbs olunanlar var. Mahaçqala hava limanı fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Artıq hadisələrlə bağlı 83 nəfər saxlanılıb.














