Kadırov canlı yayıma çıxdı: “Çox yaşamaq fikrim yoxdur” – VİDEO

Çeçenistan rəhbəri Ramzan Kadırov xəstəliyi ilə bağlı xəbəri təkzib edib.

Globalinfo.az xəbər verir ki, R.Kadırov İnstaqram hesabında canlı yayım açıb.

“Sakitcə yaşayırıq. Həyat qısa olsü da maraqlıdır. Onsuz da çox yaşamaq kimi fikrimiz yoxdur. Əsas odur, ləyaqətli yaşayaq”, – Kadırov deyib.

Qeyd edək ki, Ramzan Kadırov Ukraynada yaralandığı iddia edilən Rusiya Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanovla canlı efirə çıxıb.

Zaira Akifqızı
Globalinfo.az