Jurnalist Qarabağ haqda ağlasığmaz fikir dedi: Putinin cavabı isə… – VİDEO


Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşan ermənipərəst jurnalist Vladimir Solovyov növbəti dəfə kobud səhvə yol verib.

Globalinfo.az xəbər verir ki, aparıcı özünün Yutub kanalında erməni əsilli rusiyalı politoloq Semyon Baqdasarovla söhbətində ağlasığmaz fikirlər səsləndirib.

“Bilirsən Qarabağa ən çox kimin haqqı çatır? Nə Azərbaycan, nə də Ermənistan… Rusiya Federasiyasının haqqı çatır”, – Baqdasarov iddia edib. Solovyov isə öz növbəsində bunu “təsdiq” edib.

Məlumat üçün bildirək ki, Rusiya Prezidenti Vladimir Putin Qarabağ və ətraf rayonların Azərbaycanın ayrılmaz hissəsi olduğunu rəsmən açıqlayıb.

Ətraflı videoda:

Zaira Akifqızı
Globalinfo.az