Jurnalist 32 il sonra Ağdamdakı evinə getdi, bunları yazdı – FOTO

“Bizim yaşadığımız ikimərtəbəli evi Qarabağdan olan erməni ustalar tikmişdi. İşğal dövründə onun daşını daş üstə qoymayan da elə həmin ermənilər olmuşdu. Amma səmimi desəm, 29 il sonra yenidən evimizə, həyətimizə ayaq basıb oranı viran görmək heç tükümü də tərpətməmişdi. Müharibədir, olur. Ondan daha yaxşısını tikəcəyik. Sağlıq olsun”.

Globalinfo.az xəbər verir ki, bu sözləri əslən Ağdam şəhərindən olan əməkdar jurnalist, Qol.az saytının baş redaktoru Aydın Bağırov deyib.

“Torpaqlarımız 30 ilə yaxın işğal altında olsa da, heç kim zehnimizi, daxilimizdəki mübarizlik əzmini, sınmaz iradəni işğal edə bilmədi. Çünki biz xalq olaraq həmin məşəqqətli dövrdə daxili dünyamızda mənəvi qala tikərək o mübarizlik əzmini, o sınmaz iradəni, milli kimliyimizi yadelli ideya hücumundan qoruya bilmişdik. Bu gün məhz o qalanın sayəsində biz Qarabağa qayıtmışıq. Mənəvi qalalarımız həyatdakı həqiqi qalalarla birləşib.

Şuşa qalası ilə…

Əsgəran qalası ilə…

Şahbulaq qalası ilə…

O qalaları özümüzə qaytaran, onda zərrə qədər əməyi olan hər kəsə Salam olsun! Allah şəhidlərimizə rəhmət eləsin!”

Zaira Akifqızı
Globalinfo.az