Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid hərbçi Sumbat Əliyevin nəşinin qalıqları dəfn edilib.
Globalinfo.az xəbər verir ki, onun qalıqları Füzuli rayonunun Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında torpağa tapşırılıb.
X X X
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid hərbçi Rizvan Hacıyevin nəşinin qalıqları dəfn edilib.
Globalinfo.az xəbər verir ki, onun qalıqları Kürdəmir rayonunun Qocalı kənd qəbristanlığında torpağa tapşırılıb.
X X X
1993-cü ildə Füzuli rayonu, Qacar kəndi ərazisində gedən hərbi əməliyyatlar zamanı itkin düşmüş hesab olunan, lakin sonradan nəşi tapılan Əliyev Sumbat Nüdrət oğlunun nəşinin qalıqları bu gün Füzuli rayonunda ailəsinə təhvil verilib.
Globalinfo.az APA-ya istinadən bildirir ki, hazırda şəhidlə vida mərasimi keçirilir.
Vida mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbi qulluqçular, rayon sakinləri və şəhidin doğmaları iştirak edirlər.
X X X
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan hərbçi Hacıyev Rizvan Qara oğlunun nəşinin qalıqları bu gün Kürdəmir rayonunda ailəsinə təhvil verilib.
Globalinfo.az bildirir ki, hazırda şəhidlə vida mərasimi keçirilir.
Vida mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbi qulluqçular, rayon sakinləri və şəhidin doğmaları iştirak edirlər.



















