İtkin düşən balıqçılar helikopterlə axtarılır – FOTOLAR

İtkin düşən balıqçılar helikopterlə axtarılır - FOTOLAR

Yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçılar – 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları davam etdirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

“Hazırda vətəndaşların axtarışları Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir”, məlumatda deyilir.

***14:06

Yanvarın 13-də Lənkəranda Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçıların axtarışları davam edir.

Globalinfo.az xəbər verir ki, axtarışa Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri cəlb edilib.

Helikopter axtarışlara başlayıb.

***13:23

Lənkəranda dənizdə itkin düşmüş balıqçıların axtarışları davam etdirilir.

Globalinfo.az bildirir ki, Lənkəranda dənizdə itkin düşdüyü ehtimal edilən balıqçılar – Mahmud İbayev və Nazim Abbasovun axtarışları davam edir.

İtkin düşən Nazim Abbasovun qardaşı İsmayıl Abbasov APA-ya bildirib ki, bir neçə gün hava şəraiti ilə bağlı dənizə çıxmaq mümkün olmayıb, bu gün yenidən axtarışlara başlanıb. FHN-nin Cənub Regional Mərkəzinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri yenidən axtarışa cəlb olunub: “Bu günə kimi hər iki ailə adından müvafiq qurumlara, o cümlədən Təbrizdəki konsulluğumuza rəsmi müraciət olunub. Bu gün konsulluqdan cavab alınıb ki, Nazim Abbasov Rusiya vətəndaşı olduğu üçün həmin ölkənin Azərbaycandakı səfirliyinə də müraciət olunmalıdır. Ailə üzvləri bu gün Rusiya səfirliyinə məlumat verəcəklər”.

Qeyd edək ki, yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində balıqçılar – 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun itkin düşdüyü ehtimal edilir.

Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışları davam edir - FOTO Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışları davam edir - FOTO İtkin düşən balıqçılar helikopterlə axtarılır - FOTOLAR