İtaliya müdafiə naziri Bakıdadır – FOTO

İtaliya müdafiə naziri Bakıdadır - FOTO

 İtaliya müdafiə naziri Quido Krosetto müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə bu gün Bakıya gəlib.

Globalinfo.az xəbər verir ki, o, “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək.

İtaliya nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov və Nazirliyin digər rəhbər heyəti qarşılayıb.

İtaliyalı qonaq ölkəmizdə səfərdə olduğu müddətdə Azərbaycan-İtaliya hərbi əməkdaşlığının yeni perspektivləri və digər məsələlərlə bağlı görüşlər keçirəcək.

İtaliya müdafiə naziri Bakıdadır - FOTO