İtaliya çempionatında oyunlar təxirə salındı

İtaliya çempionatında oyunlar təxirə salındı

Aprelin 21-nə planlaşdırılan futbol üzrə İtaliya çempionatının oyunları Roma Papası Fransiskin ölümü ilə əlaqədar təxirə salınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İtaliya KİV-də məlumat yayılıb.

Mərhum pontifikin dəfələrlə futbola olan sevgisini etiraf etdiyi vurğulanıb. Papa Fransisk hətta çıxışlarının birində uşaqlıqdan Argentinanın San Lorenzo klubuna azarkeşlik etdiyini açıqlayıb.

Qeyd edək ki, Papa Fransisk aprelin 21-də 88 yaşında vəfat edib.

Ayşən Mustafa
Globalinfo.az